Bakı. TurkicWorld:
Silvio Berluskoni, 29 sentyabr 1936-cı ildə İtaliyanın Milan şəhərində anadan olub.
Qeyd edək ki, o, bu gün (12 iyun) tarixində 87 yaşında vəfat edib.
Atası Luici Berluskoni (1908-1989) bank işçisi, anası Roza Bossi (1911-2008) isə evdar qadın olub.
Ailənin üç uşağından birincisi olan Berluskoninin Maria Francesca Antonietta (1943-2009) adlı bir bacısı və Paolo (1949) adlı bir qardaşı var.
Orta təhsilini Salesian kollecində başa vurduqdan sonra Milan Universitetində hüquq təhsili alan Berluskoni 1961-ci ildə reklamın hüquqi aspektləri mövzusunda dissertasiya işi ilə birliktə universiteti fərqlənmə diplomu ilə bitirib.
Universitetdə təhsil aldığı müddətdə o, Mediaset-in hazırkı prezidenti və həvəskar pianoçu Fedele Konfalonieri ilə birlikdə yaratdığı qrupda bas gitara çalıb və arabir kruiz gəmisində müğənni kimi çıxışlar edib.
Berluskoni, Milanın himnini və opera rejissoru Renato Serio ilə birlikdə Forza Italia mərkız sağ siyasi partiyasının himnini yazıb.
1994-cü ildə İtaliyada keçirilən ümumi seçkilərdən əvvəl yaradılmış Forza İtaliya siyasi hərəkatının rəhbəri olub.
O, 1994-cü ildə qısa müddət (9 ay) baş nazir vəzifəsində çalışıb. 2001-ci ildə yenidən vəzifəyə gəlib və onun qurduğu ikinci Berluskoni hökuməti İtaliya respublikasının tarixində ən uzunmüddətli hökumət olub.
20 aprel 2005-ci ildə o, yerli seçkilərdəki uğursuzluqlar və Nazirlər Kabinetində yaranan fikir ayrılıqları səbəbindən istefa verəcəyini açıqlasa da, aprelin 23-də yenidən baş nazir vəzifəsinə gətirilib.
2006-cı ilin mayında o, seçkilərdə rəqibi Romano Prodiyə cüzi fərqlə uduzaraq baş nazirlik müddətini başa vurdu.
Berluskoni İtaliya media imperiyasının qurucusu və sahibi hesab edilir.
Amerikan iş dünyasının məşhur Forbes jurnalının məlumatına görə, Berluskoni İtaliyanın ən zəngin adamıdır.
Özü işi nəticəsində dollar milyarderi olan Silvio Berluskoni 2005-ci ildə 12 milyard dollar sərvəti ilə dünyanın 74-cü ən varlı adamı olub.
2012-ci ildə Forbes jurnalı Berluskoninin sərvətinin 5,9 milyard dollar olduğunu və İtaliyanın 6-cı ən varlı adamı olduğunu açıqlayıb.
Berluskoninin televiziya, qəzet, yayım, kino, bank, sığorta və idman sahələrində əhəmiyyətli aktivləri var.
O, həm də Milan idman klubunun prezidenti olub və bu vəzifəni icra etdiyi müddət ərzində italyanların rəğbətini qazanıb.
Berluskoni Türkiyədə də, ölkənin keçmiş baş naziri Rəcəb Tayyib Ərdoğanla olan yaxın münasibətləri ilə tanınır.
Hətta o, Türkiyə Ərdoğanın oğlunun toyunda şahidlik edib.
Berluskoni 1965-ci ildə Carla Dall'Oglio ilə evlənib. 1985-ci ildə evliliyi bitən cütlüyün iki övladı olub. Berluskoni ikinci evliliyini Veronika Lario ilə 1990-cı ildə edib. 2014-cü ildə evliliyi bitirən cütlüyün 3 övladı olub.
Berluskoninin hazırda on nəvəsi var.







