Aşıq Veysəl Şatıroğlu kimdir?

Aşıq Veysəl Şatıroğlu kimdir?

Bakı. TurkicWorld:

Duyğu və düşüncələrini saz çalaraq dilə gətirən Aşıq Veysel Şatıroğlu, 1894-cü ilin oktyabr ayında Sivasın Şarkışla qəsəbəsinə bağlı Sivrialan kəndində dünyaya gəlib. Anası Gülizar, atası isə Əhməd adlı kəndlilər olub. Veysəlin iki bacısı həmin zamanlarda ərazidə geniş yayılmış çiçək xəstəliyi səbəbindən gənc yaşda vəfat ediblər. Ailənin oğlan övladı da yeddi yaşı olarkən həmin xəstəlikdən hər iki gözünü itirib. Aşıq Veysəl uşaqlıq dövrlərinə təsadüf edən olayı bu şəkildə xatırlayıb…

“Çiçək xəstəliyinə tutulmamışdan əvvəl anam mənim üçün gözəl köynək toxumuşdu. Həmin köynəyi geyinib məni çox istəyən bir nəfərin yanına getmişdim. Geyimim xoşuna gəlmişdi. Həmin gün yağışlı bir gündü, evə qayıdarkən yıxıldım və bir daha ayağa dura bilmədim. Çiçək xəstəliyinə yoluxmuşdum.. Xəstəliyi ağır keçirdirdim. İlk əvvəl sol gözüm tutuldu və daha sonra isə sağ.. Həmin gündən bu günə dünya mənim üçün bir zindandır…”

Bir müddət sonra sağ gözünü də itirib.

Buna baxmayaraq həyat eşqi Veysəli yıxmayıb. Atası Əhmədin ona söylədiyi xalq ozan şerlərini əzbərləyib. Onun saza və aşıq sənətinə olan marağını görən atası, yeniyetmə Aşıq Veysələ saz alıb. Ancaq saz çalmağı ona Çamışlı Əli Ağa öyrədib.

Aşıq Veysəl 25 yaşında Əsma adında bir qızla ailə qurub. Ailə qurduqdan bir müddət sonra Aşıq Veysəl ata və anasını itirib. Bundan sonra həyat yoldaşı Əsma da Veysəli atıb gedib. Əsma getdiyi zaman Aşıq Veysəl bir yaşlı qızıyla qalıb. Keçdiyi həyat hekayəsi ona çox əzab verib və ürəyini parçalayıb.

Aşıq Veysəlin cəmiyyətdə tanınmasında Əhməd Kutsi Tecer müstəsna rol oynayıb.

İlk vaxtlar başqa ozanların türkülərini ifa etməyi öyrənən Veysəl 1933-cü ildə Əhməd Qutsi Tecer ilə tanış olduqdan sonra öz türkülərini bəstələyib, ifa etməyə başlayıb. Türk Aşıq Məktəbinin son ustadı olaraq qəbul edilən Aşıq Veysəl qısa zamanda məhşurlaşmağa başlayıb. Tərəfindən öz səsi ilə ifa edilən mahnıları dövlət radiolarında səsləndirilib.

1965-ci ildə aşıq, dövlət tərəfindən maaş ilə təmin edilib. 1970-ci illərdə isə Hümeyra, Fikrət Qızılox və Esin Əfşar kimi sənətçilərin aşıq tərəfindən yazılan mahnıları səsləndirməsi onun şöhrətini bütün ölkə hüdudularına yayılması ilə nəticələnib.

Aşıq Veysəl 1973-cü ildə 78 yaşında olarkən ağciyər xərçəngindən vəfat edib.

Mövzuya görə xəbərlər

Sedat Önal kimdir?

Sedat Önal kimdir?

İbn Battuta kimdir?

İbn Battuta kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Çokan Vəlixanov kimdir?

Çokan Vəlixanov kimdir?

Murat Kurum kimdir?

Murat Kurum kimdir?

Alper Gezeravcı kimdir?

Alper Gezeravcı kimdir?