Son dəqiqə

Kim kimdir?

Xəlil Rza Ulutürk kimdir?

Bakı, TurkicWorld:

Xəlil Rza Ulutürk Azərbaycanlı şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan respublikasının xalq şairi.

Xəlil Rza Ulutürk 21 oktyabr 1932-ci ildə Salyanda anadan olub.

Təhsili

Yeddi yaşında Salyan rayon 2 saylı orta məktəbində oxumağa başlayıb. Məktəb illərində ədəbiyyat aləminə, romantik yaradıcılıq meydanına çıxması üçün bir hazırlıq dövrü olub. 1949-cu ildə Azərbayca Dövlət universitetinin filologiya fakultəsinə daxil olub. Universitetdə oxuyarkən ədəbiyyatşünas alim Cəfər Xəndan, daha sonra şair Bəxtiyar Vahabzadə ilə tanışlığı Xəlil Rzanın şair kimi yetişməsinə təsir edib.

1954-cü ildə universiteti bitirən Xəlil Rza əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalı redaksiyasında başlayıb. Onun bu dövrdə çap etdiyi məqalə və şeirlər ictimaiyyətin diqqətini cəlb edib. İlk şeirlər kitabı sayılan “Bahar gəlir” kitabı bu dövrdə nəşr olunub.

1957-ci ildə şair Moskvaya M.Qorki adına dünya Ədəbiyyatı İnstitutu nəzdində olan ikiillik Ali Ədəbiyyat kursuna göndərilib. Bu kurs gənc şairin gələcək həyatının formalaşmasına böyük təsir edib.

1959-cu ildə Bakıya qayıdan Xəlil Rza, Azərbaycan Pedaqoji İnstitutunda aspiranturaya daxil olub və təhsilini davam etdirib.

Xəlil Rza Ulutürkün həyatı

Azərbaycan dilinin saflığını qorumaq üçün mübarizə aparan şairin ruslaşdırma siyasətinə qarşı çıxması səbəbi ilə ictimai-pedaqoji fəaliyyəti məhdudlaşdırılıb. “Birlik” cəmiyyətinin rayonlara təşkil etdiyi səfərlərdə iştirak etməsinə qadağa qoyulur.

Sonrakı dövrlərdə şair Azərbaycan Pedaqoji İnstitundan uzaqlaşdırılıb. Xəlil Rza Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnistituna dəvət olunur, amma buna baxmayaraq “şübhəli şəxs” kimi təqib edilməyə davam edilir.

Xalq şairi 1950-ci ildə "Ov" ləqəbi ilə Sovet dönəmini tərənnüm edən bir sıra poemalar qələmə alıb.

Şair 1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərə görə incəsənət xadimi fəxri adına layiq görülüb.

1990-cı ildə SSRİ imperiyasının dağıldığı dövrlərdə Xəlil Rza Ulutürk SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən həbs edilib və Moskvaya həbsxanaya göndərilib. 1990-cı il 9 oktyabrda Bakıya gətirilən Xəlil Rza bir aylıq davam edən məhkəmə prosesindən sonra sərbəst buraxılıb.

1991-ci ildə şair “Türk milləti mükafatı laureatı” fəxri adına layiq görülüb. 1992-ci ildə isə Azərbaycan Respublikası xalq şairi fəxri adı ilə təltif olunub.

Xəlil Rza Ulutürkün yaradıcılığında azərbaycançılıq ideyasına böyük yer verilib. Onun poeziyalarının kökü vətən eşqi, torpaq ilə bağlıdır.

Şair, xalqın milli mübarizəsində göstərdiyi xüsusi xidmətlərinə görə “İstiqlal” ordeni ilə mükafatlandırılıb.

1994-cü ildə Xəlil Rza Ulutürk vəfat edib və Fəxri Xiyabanda dəfn edilib.

Mənbə: AzerPress

Mövzuya görə xəbərlər