Türkiyənin Tacsız Kralı Metin Oktay kimdir?

Türkiyənin Tacsız Kralı Metin Oktay kimdir?

Bakı. TurkicWorld:

Metin Oktay 2 fevral 1936-cı ildə Türkiyənin İzmir şəhərində anadan olub. Təhsilinə Karşıyaka Soğukkuyu İbtidai məktəbində başlayıb lakin daha sonra təhsilini Alsancak İbtidai məktəbində davam etdirib. Buradan məzun olduqdan sonra atasının istəyi ilə Mithatpaşa Oğlan İncəsənət İnstitutunda təhsilini davam etdirib.

Metin Oktay futbolçu karyerasına 1951-ci ildə İzmirin həvəskar komandalarından olan "Damlacıkspor"da başlayıb.

1953-1954-cü illərdə Yün Mensucat'ın infrastrukturunda oynadıqdan sonra 1954-1955 mövsümündən İzmirspor'a keçərək peşəkar karyerasına başlayıb.

Orada iştirak etdiyi mövsümündə o, İzmir Peşəkar Liqasının çempionluğunu qazanıb və gol krallığı sevincini yaşayıb.

1955-ci ildə "Qalatasaray"la müqavilə bağlayıb və 1955-1956, 1957-1958 mövsümlərində İstanbul Peşəkar Liqa çempionluğunu qazanaraq, liqada vurduğu qollarla ardıcıl üç mövsümün ən yaxşı bombardir tituluna laiq görülüb.

1959-cu ildə qurulan Milli Liqada da qol kralı olmağa davam edib və liqanın ilk üç mövsümündə ən yaxşı bombardir titulunu qorumağa davam edib.

Oktay 1961-ci ildə A Seriyasında mübarizə aparan Palermo ilə müqavilə imzalayıb. O, təxminən bir mövsüm burada top oynadıqdan sonra növbəti il “Qalatasaray”a yenidən qayıdıb.

Sarı-qırmızılı komandanın ikinci dönəmində üç liqa, dörd Türkiyə kuboku və iki dəfə Prezident Kuboku qazanıb.

O, futbol həyatı boyu 6 dəfə bombardir olub və 217 qolla rekorda imza atıb. Bu rekoru 1988-ci ildə Tanju Çolak qırıb.

Tacsız Kral kimi tanınan Mətin Oktay Türkiyə Milli Komandasının forması ilə komandanın heyətində 36 dəfə çıxış edib və 19 qol vurub.

Pərəstişkarları tərəfindən daha çox "Kral" kimi tanınan əfsanəvi oyunçu Metin Oktay Türkiyə futbol tarixində bir çox rekorda imza atıb.

Ən çox qol vuran oyunçu (632), ardıcıl bir neçə mövsümün bombardiri (11), bir mövsümdə ən çox qol vuran oyunçu (38), beynəlxalq yarışlarda ən çox qol vuran türk oyunçu (19).

Metin Oktayın son olaraq idman yazarı olub. Oqtay “Qalatasaray” və “Bursaspor”da da məşqçi kimi fəaliyyət göstərib. Türkiyə futbolunun əfsanəvi hücumçusu Mətin Oktay 1991-ci il sentyabrın 13-də yol qəzası nəticəsində dünyasını dəyişib.

Metin Oktayın bombardirlik siyahısı belədir:
1956-57 İstanbul Profesyonel ligi, 17 golle,
1957-58 İstanbul Profesyonel ligi, 19 golle,
1958-59 İstanbul Profesyonel ligi, 22 golle,
1959 Türkiye ligi,11 golle,
1959-60 Türkiye ligi, 33 golle,
1960-61 Türkiye ligi, 36 golle,
1962-63 Türkiye ligi, 38 golle,
1964-65 Türkiye ligi, 17 golle,
1968-69 Türkiye ligi, 17 golle.

Mövzuya görə xəbərlər

Haluk Bilginer kimdir?

Haluk Bilginer kimdir?

İbn Battuta kimdir?

İbn Battuta kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Çokan Vəlixanov kimdir?

Çokan Vəlixanov kimdir?

Murat Kurum kimdir?

Murat Kurum kimdir?

Alper Gezeravcı kimdir?

Alper Gezeravcı kimdir?