Məhəmməd Əli kimdir?

Məhəmməd Əli kimdir?

Bakı. TurkicWorld:

Onun müsəlman dinini qəbul etmədən əvvəlki adı Cassius Marcellus Clay Jr idi.

Məhəmməd Əli 1942-ci il yanvarın 17-də Kentukki ştatının Luisvil şəhərində anadan olub. O, Afro- Amerikan və İrlandiya əsillidir.

Əli, 12 yaşında bir polisin ona tövsiyyəsi ilə boksla tanış olur və tezliklə Milli AAU və Qızıl Əlcək Çempionatında iştirak edərək rekordlara imza atır.

1960-cı ildə Romada ağır çəkidə qızıl medal qazanaraq peşəkar liqaya qayıdır və bu qələbədən sonra 18 yaşında onun şöhrəti artmağa başlayır.

1964-cü ildə 22 yaşında S.Listonu məğlub edərək Dünya Çempionu olan Əli, bu qələbədən sonra dinini dəyişdiyini və İslamı qəbul edərək Məhəmməd Əli adını götürdüyünü bildirib.

“Vyetnamlılar mənə heç bir pislik etmədilər ki, onlarla döyüşə bilim”.

O, Vyetnam müharibəsinə getmədiyi üçün 5 il həbs və 10 min dollar pul cəzasına məhkum edilib. Lisenziyası və pasportu əlindən alındıqda, məhkəmə prosesində maddi sıxıntı ilə üzləşib və müflis olduğunu elan edib.

1974-cü ildə Formanın bukkerlər arasında 7-1 favoriti olduğu görüşdə rəqibini səkkizinci raundda gözlənilməz taktika ilə nokauta salaraq Floyd Pattersondan sonra layiqli titulunu qaytaran ikinci boksçu oldu.

O, 1978-ci ildə L.Spinksə uduzmağına baxmayaraq, eyni ildə rəqibini məğlub edərək 3 dəfə Dünya Çempionatını qazanan ilk boksçu olub.

1978-ci ildə boks həyatından Çempion kimi ayrıldı.

Peşəkar dönəmində cəmi 5 dəfə məğlub olan, Olimpiya və Dünya Çempionu olan Məhəmməd Əli 37-si nokaut olmaqla 56 qələbə qazanıb.

O 2016-cı il iyunun 3-də Arizona ştatının Feniks şəhərində 74 yaşında Parkinson xəstəliyindən vəfat edib.

Mövzuya görə xəbərlər

Haluk Bilginer kimdir?

Haluk Bilginer kimdir?

İbn Battuta kimdir?

İbn Battuta kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Çokan Vəlixanov kimdir?

Çokan Vəlixanov kimdir?

Murat Kurum kimdir?

Murat Kurum kimdir?

Alper Gezeravcı kimdir?

Alper Gezeravcı kimdir?