Fatih Terim kimdir?

Fatih Terim kimdir?

Bakı. TurkicWorld:

Türkiyədə "İmperator", İtaliyada isə "Qrande" ləqəbləri ilə tanınan Türkiyəli məhşur futbol məşqç müdafiə mövqeyində çıxış edən sabiq milli futbolçu Fatih Terim 4 sentyabr 1953-cü ildə Adanada anadan olub.

Atası Kipr türkü olan Terim Gökseliyedə anadan olub. O, futbola Türkiyənin "Ceyhanspor" komandasında başlayıb. Türkiyə 2-ci Liqasında çempion olaraq 1-ci Diviziona keçən "Adana Dəmirspor" oyunu ilə hər kəsin marağına səbəb olub və növbəti mövsümdə "Qalatasaray"a transfer olub.

1985-ci ildə futbolla vidalaşana qədər "Qalatasaray"da futbol oynayan Terim eyni zamanda "Qalatasaray"-ın komanda kapitanı olub. O, “Qalatasaray”dakı futbol karyerası ərzində kapitanlığı sayəsində bütün dövrlərin ən çox sevilən komanda oyunçularından birinə çevrilib.

O, "Qalatasaray" forması ilə 327 oyunda iştirak edib ancaq buna baxmayaraq, liqada çempionluq sevincini yaşaya bilməyib.

7 dəfə U-19, 10 dəfə Ümit Milli və 51 dəfə də A milli olmaqla toplam 69 dəfə Türkiyə milli futbol komandasının formasını geyinən Terim bu oyunlarda toplam 2 qola imza atıb.

Mövzuya görə xəbərlər

Haluk Bilginer kimdir?

Haluk Bilginer kimdir?

İbn Battuta kimdir?

İbn Battuta kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Çokan Vəlixanov kimdir?

Çokan Vəlixanov kimdir?

Murat Kurum kimdir?

Murat Kurum kimdir?

Alper Gezeravcı kimdir?

Alper Gezeravcı kimdir?