Lütfi Zadə kimdir?

Lütfi Zadə kimdir?

Bakı, Yanvar 6. /TurkicWorld/

Lütfəli Rəhim oğlu Ələsgərzadə Azərbaycanlı riyaziyyatçı, kompüter alimi, elektrik mühəndisi, süni zəka tətqiqatçısı və Kaliforniyadakı Berkeley Universitetində kompüter üzrə əməkdar professorudur.

Atası Rəhim Ələsgərzadə Azərbaycan əsillidir və Ərdəbildə doğulub anası Fanya Korenman isə yəhudi əsilli rusdur. Lütfəli Ələsgərzadə 4 fevral 1921-ci ildə Bakıda anadan olub.

Dünya şöhrətli alim üçüncü sinfədək təhsilini Bakıda alıb, daha sonra o, ailəsi ilə birgə Tehrana köçüb.
1942-ci ildə Tehran Universitetindən məzun olub. Bundan bir il sonra ABŞ-a köçüb.

1944-cü ildə Massaçusets texnologiya İnstitutuna daxil olub və adını Lütfi Əsgər Zadə olaraq dəyişib.

1946-cı ildə Kalumbiya Universitetinə doktorluq dərəcəsi üzrə tələbə kimi təhsil alıb.

1959-cu ilə qədər ABŞ-da MIT və Kolumbiya uni­versi­tetlərində magistr, doktorluq elmi dərə­cələri almış, pro­fessor kimi fəaliyyət göstər­mişdir.

1959-cu ildən ömrünün sonunadək Kaliforniyadakı Berkeley Universitetində dərs deyib.

Qeyd edək ki, Lütfi Zadə “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompüter nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi”, “Soft kompyutinq” kimi nəzəriyyələrin müəllifidir.
Onun məhşurlaşmasına səbəb olan qeyri-səlis məntiq nəzəriyyəsini 1973-cü ildə iləri sürüb.

Qeyri-səlis məntiq nəzəriyyəsi – riyaziyyatın bir bölməsi olub klassik məntiq və çoxluq anlayışlarını ümumiləşdirir.

Alim 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedə qazandığı uğurlarına görə Yaponiya tərəfindən elm adamlarına verilən ən yüksək mükafat – “Honda” mükafatı ilə təltif olunub.

Lütfi zadə yəhudi əsilli Fey xanımla evlənib. Onların 2 övladı var. Stella Zadə və Norman Zadə. Stella 59 yaşında (2006) vəfat edib.
Lütfi Zadə 6 sentyabr 2017-ci ildə ABŞ-ın Kaliforniya ştatında 96 yaşında dünyasını dəyişmişdir.

Dünya şöhrətli alim I Fəxri Xiyabanda dəfn edilib.

Mənbə: Personalar.az.

Mövzuya görə xəbərlər

Məxdumqulu Fəraqi kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Çokan Vəlixanov kimdir?

Çokan Vəlixanov kimdir?

Murat Kurum kimdir?

Murat Kurum kimdir?

Alper Gezeravcı kimdir?

Alper Gezeravcı kimdir?

Sədi Şirazi kimdir?

Sədi Şirazi kimdir?

Ömər Fəxrəddin Paşa kimdir?

Ömər Fəxrəddin Paşa kimdir?