Nuri Demirağ kimdir?

Nuri Demirağ kimdir?

Bakı. TurkicWorld:

Türkiyədə aerokosmik sənayenin ilk və əhəmiyyətli girişimcilərindən olan Nuri Demirağ 1886-cı ildə Sivasın Divrigi mahalında anadan olub. 13 noyabr 1957-ci ildə İstanbulda vəfat edib.

Demirağ Türkiyənin sənaye inkişafında böyük investisiyalar edib və Türkiyə Respublikası Dəmiryolları tikintisinin ilk podratçılarından olub. 1936-cı ildə havaçılıq sənayenin təməllərini ataraq qurduğu Təyyarə İstehsalat Kombinatında əvvəl Nu.D.36 təhsil təyyarəsi, sonra da gövdəsi alüminium qablı və lazım olduğunda bombardman təyyarəsinə çevrilən, tamamilə, türk mühəndis, texnik və işçilərinin ilk yerli və milli təyyarəsi və o günün dünya (A) sinif təyyarələri kateqoriyasında qəbul edilən, "Nu.D.38" adlı iki mühərrikli 6 sərnişin təyyarəsinin inşasını həyata keçirən bir iş adamı olub. Bununla da Türkiyə dünya ölkələri ilə eyni vaxtda təyyarə sənayesinə daxil olub.

Nuri Demirağ ayrıca Yeşilköydə Atatürk Hava Limanı olaraq istifadə edilən geniş ərazini satın alıb, üzərində uçuş sahəsi qurub və bu ərazidə təyyarə təmiri atelyesi və anqarlar quraraq çox sayda pilot və texniki mütəxəssis hazırlığına başçılıq edib.

Demirağ, qardaşı ilə birlikdə Samsun-Sivas, Sivas-Ərzurum, Afyon-Dinar xətlərində 1930-cu illərin əvvəllərində cəmi 1012 km dəmir yolu, yüzlərlə tunel, körpü və stansiya binası inşa edib. Türkiyə konstitusiyasında "Soyad Qanunu" 21 İyun 1934-cü ildə qəbul edildikdə, ona "Demirağ" soyadını Atatürk özü verib. Hal-hazırda, Ankarada muzey olaraq istifadə edilən Birinci Böyük Millət Məclisinin binası, müxtəlif nazirlik binaları, Bursa Merinos, İzmit Seka, Sivas Sement, Karabük Dəmir və Çelik Zavodları onun əsərləridir. İstanbul Universitetinin təyyarə mühəndisliyi şöbəsinin açılışına da məhz Nuri Demirağ rəhbərlik edib.

Mövzuya görə xəbərlər

Rəşad Cabirli kimdir?

Rəşad Cabirli kimdir?

Haluk Bilginer kimdir?

Haluk Bilginer kimdir?

İbn Battuta kimdir?

İbn Battuta kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Çokan Vəlixanov kimdir?

Çokan Vəlixanov kimdir?

Murat Kurum kimdir?

Murat Kurum kimdir?

Alper Gezeravcı kimdir?

Alper Gezeravcı kimdir?