Fərrux Zakirov kimdir?

Fərrux Zakirov kimdir?

Bakı. TurkicWorld:

Özbək və sovet estrada müğənnisi, bəstəkar və aktyor, məşhur “Yalla” ansamblının (1976-cı ildən) bədii rəhbəri - Fərrux Kərim oğlu Zakirov 16 aprel 1946-cı ildə Özbəkistanın paytaxtı Daşkənddə professional musiqiçilər ailəsində anadan olub.

Müğənni, yeddi respublika-dövlətin xalq artisti sayılır. Özbəkistanın Dövlət mükafatı laureatıdır. 2002-ci ilin mayından 2004-cü ilin iyul ayına kimi Özbəkistanın mədəniyyət nazirinin müavini olub.

Atası – bariton opera müğənnisi Kərim Zakirov, Özbəkistan SSR-nin xalq artisti (1939) və Əlişir Nəvai adına Özbəkistan Dövlət opera və balet teatrının solisti, anası – Şahistə Səidova da həmçinin müğənni, xalq mahnılarının ifaçısı, Mukimi adına Daşkənd musiqili dram və komediya teatrının solisti idi. Valideynləri, Moskva konservatoriyasında təhsil alarkən tanış olub, sonra ailə qurublar.

Ailədə 5 oğul və 1 qız övladı vardı: Batır, Luiza, Nofəl, Cəmşid, Fərrux, Rövşən.

Övladlar, aparıcı özbək artistlərinin və o dövrün müğənnilərinin tez-tez gəldiyi qonaqpərvər evdə böyüyüblər. Sənət və yaradıcılıq atmosferi, ailədə övladlara erkən yaşlarından hopub. Beləliklə, Daşkənddə musiqi sahəsində parlayan Zakirovlar nəsli yetişib.

Eyni zamanda, Fərrux Zakirovun qardaşlarından Batır (1985-ci ildə vəfat edib) və Cəmşid, həmçinin bacısı Luiza və bacısının qızı Nərgiz Zakirova da müğənnidirlər.

Mövzuya görə xəbərlər

Türkan Akyol kimdir?

Türkan Akyol kimdir?

Nuri Demirağ kimdir?

Nuri Demirağ kimdir?

Məmməd Araz kimdir?

Məmməd Araz kimdir?

Qənirə Paşayeva kimdir?

Qənirə Paşayeva kimdir?

Aliya İzzetbeqoviç kimdir?

Aliya İzzetbeqoviç kimdir?