Mübariz İbrahimov kimdir?

Mübariz İbrahimov kimdir?

Bakı. TurkicWorld:

TurkicWorld-un Personalar.az saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci ildə fevral ayının 7-də Biləsuvar rayonu, Əliabad kəndində anadan olub. 1994-2005-ci illər ərzində orta təhsilini Əliabad kəndində başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə xidmət edən İbrahimov, 2007-ci ildə çavuş rütbəsində hərbi xidməti başa vurub. O, 2009-cu ildə yenidən öz istəyi ilə cəbhə bölgəsində gizir rütbəsində xidmət göstərməyə başlayıb.

O, deyirdi, “Mən yolumu seçmişəm. Əgər mən düşməndən ürəyimcə qisas almasam, elə bilərəm ki, Allahım da, valideynlərim də məni heç bir zaman bağışlamaz. Vətənin azadlığı üçün qurban lazımdırsa, biri mən…”

Şəhidlik yenilməzlik əlamətidir. Mübariz işğal altında olan Vətən torpaqlarımızın, boynu bükük dağlarımızın, məlul baxışlı meşələrimizin, dili kilidlənmiş bulaqlarımızın həsrətini çəkib. Dözə bilmirdi bunlara. Sözünün əvvəli də, axırı da Vətən idi. O, öz vətənini qorumağı və şəhid olmağı bir övlad kimi şərəf borcu bilirdi.

19 İyun 2010-cu ildə saat 23:30 radələrində heç kimə xəbər vermədən gedən Mübariz İbrahimov arxasında “Şəhid olsam, üzülməyin. Vətən sağ olsun” yazılı bir məktub buraxıb. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edib, sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək beş saat onlarla təkbətək döyüşüb və səhər saatlarında qeyri-bərabər döyüşdə şəhid olub.

Mübariz ona qoyulan adı doğrultdu. Öz adının möhtəşəmliyini, ulu vətənin və torpağın yaddaşına yazılan əbədiyaşarları zamanın küləkləri, tufanları heç vaxt silə bilməyəcək. Mübariz üçün Vətən hər şeydən üstün, hər şeydən qiymətli, hər şeydən uca idi. Hər dəfə sevgidən söz düşəndə deyərdi ki, mənim vurğunu olduğum Vətəndir! Vətən torpağı düşmən tapdağındadır, nəfəsiniz işğalı sona yetirməlidir.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2010-cu il tarixli fərmanı ilə İbrahimov Mübariz Ağakərim oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilib. Biləsuvar rayonunda adına küçə və orta məktəb var.

Mövzuya görə xəbərlər

Türkan Akyol kimdir?

Türkan Akyol kimdir?

Nuri Demirağ kimdir?

Nuri Demirağ kimdir?

Məmməd Araz kimdir?

Məmməd Araz kimdir?

Qənirə Paşayeva kimdir?

Qənirə Paşayeva kimdir?

Aliya İzzetbeqoviç kimdir?

Aliya İzzetbeqoviç kimdir?