Hafize Gaye Erkan kimdir?

Hafize Gaye Erkan kimdir?

Bakı. TurkicWorld:

Hafize Gaye Erkan 1982-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olub. O, İstanbul Erkek Liseyini bitirdikdən sonra Boğaziçi Universitetinin Sənaye mühəndisliyi fakültəsinə qəbul olur və 2001-ci ildə buradan məzun olur.

Təhsilinə ABŞ-da davam edən Erkan 2005-ci ildə Prinston Universitetində əməliyyat və maliyyə mühəndisliyi üzrə doktorluq dərəcəsi alıb. Bundan əlavə, o, Harvard Biznes Məktəbində idarəetmə və Stenford Universitetində liderlik üzrə iki təlim proqramını bitirib.

Kariyerasına 2005-ci ildə Goldman Sachs şirkətində başlayan Erkan, işlədiyi doqquz il müddətində ABŞ-ın böyük banklarının və sığorta şirkətlərinin idarə heyətinə və yüksək səviyyəli rəsmilərinə balansın idarə edilməsi, stress testi və kapitalın planlaşdırılması, risklərin idarə edilməsi, satınalmalar üzrə məsləhətçilik edib.

H.G.Erkan 2014-cü ildən başlayaraq First Republic Bankda səkkiz il müddətində həmsədr, sədr, idarə heyətinin üzvü, investisiya və depozit direktörü, risklərin idarə edilməsi üzrə ortaq direktor vəzifələrində çalışıb.

Baş ofisi ABŞ-da yerləşən zərgərlik şirkəti olan Tiffany & Co-da iki il idarə heyətinin üzvü kimi çalışıb, daha sonra 2022-ci ildə Fortune 500-də qlobal maliyyə məsləhətçiliyi şirkəti Marsh McLennan-ın idarə heyətinə qatılıb.

Erkan San Francisco Business Times-ın 2018-ci il araşdırmasına görə, Amerikanın 100 ən böyük bankında sədr və ya CEO ünvanına sahib, yaşı 40-dan az olan yeganə qadın seçilib.

Bundan əlavə, o, 2019-cu ildə Crain New York Business-in "Bankçılıq və Maliyyə Sektorunda Önəmli Qadınlar” siyahısına daxil edilib.

Bank işi, investisiya, risklərin idarə edilməsi, texnologiya və rəqəmsal innovasiya sahəsində təcrübəyə malik olan H.G.Erkan Prinston Universitetində Əməliyyat Araşdırmaları və Maliyyə Mühəndisliyi Departamentinin Məsləhət Şurasının üzvüdür.

Mövzuya görə xəbərlər

İbn Battuta kimdir?

İbn Battuta kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Çokan Vəlixanov kimdir?

Çokan Vəlixanov kimdir?

Murat Kurum kimdir?

Murat Kurum kimdir?

Alper Gezeravcı kimdir?

Alper Gezeravcı kimdir?