Bakı. TurkicWorld:
Sami Yusuf Azərbaycan əsilli İngilis müğənni,söz yazıçısı, bəstəkar, prodüser və müvəffəqiyyətli bir musiqiçidir. 1980-ci ildə İranda Azərbaycan əsilli bir ailədə dünyaya göz açıb. Üç yaşında olarkən, Londanda yaşamağa başlayıb.
Sami, çox kiçik yaşda piano, skripka, tar, tombak, santur, dəf, tabaq və ud daxil olmaq üzrə bir çox musiqi aləti çalmağı öyrənib. Musiqi sahəsində bir iz buraxmaq üçün dərin bir tutku bəsləmişdi ki, bunu özünün bəstələdiyi, nəşr etdiyi və söylədiyi, ilk albomu Al-Muallim'i çıxararaq reallaşdırmış olub.
İngilis-müsəlman bir gənc birdən Misir və Türkiyə kimi ölkələrin şəhərlərində danışılacaq səviyyəyə qədər yüksəlib. Albom yalnız üç milyonun üzərində satılmaqla qalmayıb, ayrıca ona Orta Şərq, Şimali Afrika və Cənub-Şərqi Asiya millətlərindən böyük bir izləyici kütləsi qazandırıb.
Sami Yusuf, CNN, BBC, ABC, Əl-Cəzirə, Orta Şərq və Türkiyənin bir çox əhəmiyyətli TV kanalında iştirak edib. Time jurnalı tərəfindən "İslamın Ən Böyük Rock Ulduzu" və "Dünyanın Ən Məşhur İngilis Müsəlmanı" adlandırılıb. Beynəlxalq Nəşriyyat Araşdırmaları edən iki ayrı qəzetdə Saminin ən inkişaf etmiş videoları müsbət və güclülük işarəsi olaraq təriflənib. Onun musiqisi Qərb musiqisinə bir alternativ və rəqibdir.
Sami Yusuf Birləşmiş Millətlər ilə daha yaxın ikitərəfli münasibətlər çərçivəsində çalışaraq xeyr işlərində sponsorluq mövzusunda təşəbbüskar olub, 2010-cu ildə Pakistandakı sel qurbanlarının həyat şəraitlərinin yaxşılaşdırılmasına kömək olmaq üçün yardım xarakterli mahnısı "Hear Your Call" ilə onlara ümid və sonsuz dəstək mesajı göndərib. Sami Yusuf Afrika, Suriya üçün mahnılar səsləndirərək, müsəlman bacı-qardaşlarına yardım üçün müxtəlif yerlərdə konsertlər verib.
İngilis-müsəlman olmaqdan qürur duyan Sami, birliyin əzmli bir müdafiəçisi, eyni zamanda universal dəyərlərə dəstək və insan ruhunun müqəddəsliyi yolu ilə özünü mədəniyyətlərarası anlayışa həsr etmiş biridir. Məqsəd, anlayış ilə uyğunluq hissi arasındakı uçurumda körpü yaradılması və mənəvi müstəqilliyi bəsləməkdir. Sami Yusuf mahnılarını ingliscə, farsca, türkcə, ərəbcə va hindcə oxuyur.
Həmçinin, Sami Yusuf Birləşmiş Millətlər Təşkilatının Barış elçisidir.
Sami Yusufun 2003-cü ildən bu günə qədər çıxardığı albom və mahnıları təqdim edirik:
Al-Mu'allim (2003)
My Ummah (2005)
Without You (2009)
Wherever You Are (2010)
Salaam (2012)
The Centre (2014)
Songs Of The Way (2015)
Palestine Forever (2009)
Hear Your Call (2010)
I’m Your Hope (2011)
The Source (2011)
Forgotten Promises (2012)
Wherever You Are (2013)
Silent Words (2013)
The Gift Of Love(2015)







