Son dəqiqə

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Türkiye narkotik ticarəti Suriya Daxili İşlər Nazirliyi

Türkiyə və Suriyadan birgə əməliyyat - beynəlxalq narkotik şəbəkəsinə zərbə

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyə və Suriya təhlükəsizlik qurumlarının birgə əməliyyatı nəticəsində beynəlxalq narkotik şəbəkəsinə ciddi zərbə vurulub.

TurkicWorld xəbər verir ki, əməliyyat Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT), Türkiyə Gömrük Mühafizə qurumları və Suriya Daxili İşlər Nazirliyinin narkotiklərlə mübarizə bölmələrinin koordinasiyası ilə həyata keçirilib.

Məlumata görə, Cənub-Şərqi Asiyadan yola çıxan narkotik yüklü gəmi əvvəlcə İsgəndəriyyə, daha sonra Beyrut limanlarına daxil olub və son olaraq Lazkiyə limanına çatıb.

Əldə olunan kəşfiyyat məlumatı əsasında 16 aprel tarixində keçirilən əməliyyat zamanı konteynerdə gizlədilmiş 236 kiloqram narkotik maddə aşkar edilərək götürülüb. Rəsmi məlumatda müsadirə edilən maddənin bazar dəyərinin təxminən 300 milyon lirə olduğu bildirilib.

Rəsmi qurumlar qeyd ediblər ki, əməliyyat beynəlxalq narkotik dövriyyəsinə qarşı mübarizə çərçivəsində mühüm nəticə hesab olunur və bu istiqamətdə əməkdaşlıq davam etdiriləcək.

Mövzuya görə xəbərlər