BAKI, TurkicWorld
Hazırda respublikanın bir sıra bölgələrində müşahidə olunan güclü külək əhalinin gündəlik həyatına və kənd təsərrüfatına mənfi təsir göstərir.
TurkicWorld xəbər verir ki, son saatlarda Göyçay, Ucar, Mingəçevir, Kürdəmir və Zərdab rayonlarında güclü külək qeydə alınıb.
Məlumata görə, bəzi ərazilərdə küləyin sürəti saniyədə 40–47 metrə çatıb ki, bu da ciddi fəsadlara yol açıb.
Güclü külək nəticəsində xüsusilə kənd təsərrüfatına ziyan dəyib. Meyvə bağlarına, o cümlədən göycə, gilas və digər ağaclara ciddi zərər vurub.
Bir çox ərazilərdə ağacların qırıldığı, budaqların sınaraq yerə töküldüyü bildirilir.
Sakinlərin sözlərinə görə, küləyin şiddəti bəzi təsərrüfatlarda məhsul itkisinə səbəb olub və fermerlər üçün ciddi narahatlıq yaradıb.
Mütəxəssislər əhaliyə ehtiyatlı olmağı, xüsusilə açıq ərazilərdə və iri ağacların yaxınlığında diqqətli davranmağı tövsiyə edir.
Güclü küləyin yaxın saatlarda da davam edəcəyi ehtimal olunur.







