BAKI, TurkicWorld
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 14,8 min kubmetr betondan yığma tikinti konstruksiyaları istehsal edilib.
TurkicWorld bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, sözügedən məmulatların istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 min kubmetr və ya 38,3% artıb.
Ümumilikdə, hesabat dövründə tikinti materiallarının istehsalı sahəsində 2026-сı ilin yanvar-mart aylarında istehsalın ümumi dəyəri 309,4 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,4% artıb.







