Son dəqiqə

Kim kimdir?

Numan Kurtulmuş kimdir?

Bakı. TurkicWorld:

Numan Kurtulmuş 1959-cu ildə Türkiyənin Ordu şəhərində anadan olub.

O, Türkiyənin tanınmış alimlərindən biri, Cümhuriyyət dövründə latın hərfləri ilə yazılmış ilk elmihal kitablardan biri olan "Amentü Şərhi"nin müəllifi, İstiqlal Müharibəsi veteranı mərhum mayor Numan Kurtulmuşun nəvəsi və bir çox vəqf və xeyriyyə təşkilatlarının qabaqcıllarından biri olan mərhum Doktor İsmail Niyazi Kurtulmuşun oğludur.

Numan Kurtulmuş, orta təhsilini İstanbul İmam Hatip Liseyində, bakalavr və magistr təhsilini isə İstanbul Universitetinin Biznesin İdarəetmə Fakültəsində tamamlayıb.

1990-1993-cü illərdə ABŞ-da Kornell Universitetinin Nyu York Dövlət Sənaye və Əmək Münasibətləri fakültəsinin müəllim heyətinin müvəqqəti üzvü olub.

O, 1992-ci ildə iqtisad elmləri doktoru, 1994-cü ildə isə İstanbul Universitetinin İqtisadiyyat fakültəsi üzrə dosent elmi adını alıb.

2004-cü ildə professor adını alan Kurtulmuş uzun illər İstanbul Universitetinin İqtisadiyyat fakültəsində Sosial Siyasət və İnsan Resurslarının İdarə edilməsi mövzusunda fənn tədris edib.

O, 1998-ci ildə aktiv siyasətə qədəm qoyaraq Fəzilət Partiyasının İstanbul İl sədri və Ümumi İdarə Heyətinin üzvü olub.

2001-ci ildə Fazilət Partiyası bağlandıqdan sonra isə Səadət Partiyasına üzv və 26 oktyabr 2008-ci ildə həmin partiyanın sədri seçilib.

Kurtulmuş, 2010-cu il oktyabrın 1-də Səadət Partiyasından ayrılaraq bir ay sonra Xalqın Səsi Partiyasını (HAS Partiyası) qurub.

19 Sentyabr 2012-ci ildə Xalqın Səsi Partiyası Ədalət və İnkişaf Partiyası(AKP) ilə birləşmə qərarı verərək fəaliyyətini dayandırıb. 4 oktyabr 2012-ci ildə AK Partiya sədrinin İqtisadiyyatdan məsul müavini vəzifəsinə təyin edilib.

Hal-hazırda isə Türkiyə AK partiyasında sədr müavini vəzifəsində çalışır.

Kurtulmuş evlidir və üç övladı var.

Mövzuya görə xəbərlər