Müslüm Maqomayev kimdir?

Müslüm Maqomayev kimdir?

Bakı. TurkicWorld:

Müslüm Maqomayevin ölümsüzlüyünə aparan yol:

Əgər uşaq teatr rəssamı və dramatik aktrisanın ailəsində doğulursa və hələ üstəlik onun babası tanınmış bəstəkardırsa, hər şey onun incəsənətlə bağlı olacağını güman etməyə əsas verir. İndiki vəziyyətdə də məhz belə olub. Lakin heç kəs bu oğlanın hansı yüksəkliklərə ucalacağını və pərəstişkarlarının necə sonsuz sevgisini qazanacağını təsəvvür edə bilməzdi.

Çətin günlərdə doğulmuş:

Oğlanın adını Müslüm qoyublar. O, qorxulu və dəhşətli 1942-ci ildə dünyaya gəlib. Düzdür Bakıda, müharibə alovundan uzaqda olub. Öz atasını Müslüm ümumiyyətlə xatırlamırdı: oğlu anadan olduqdan qısa müddət sonra Məhəmməd Maqomayev orduya çağırılır, taleh isə onunla pis zarafat edir – o, Berlinin alınması uğrunda gedən döyüşlərdə qələbəyə bir neçə gün qalmış vəfat edir.

Onun anası kifayət qədər tanınmış aktrisa Ayşət (səhnə ləqəbi ilə Kinjalova) ölüm xəbərini aldıqdan sonra Bakıdan Maykopa, buradan da Vışniy Voloçekə köçür. Müslüm əmisi Camalın himayəsində qalır. Camal ciddi qaydaları olan, lakin Müslümə qarşı ədalətli davranan biri olub. O, Müslümə özünü yetim kimi hiss etməyə imkan verməyib. Camal musiqi təhsili olmasa da, fortepiano və röyalda yaxşı çalmağı bacarıb. O, Müslümün qeyri-adi istedadını kəşf edib. Lakin bu istedadı inkişaf etdirmək lazım idi. Gözəl musiqi duyumuna və təmiz ilahi səsə malik Müslüm Bakı Konservatoriyası nəzdində bəstəkarlıq və fortepiano sinfi üzrə musiqi məktəbinə daxil olur.

Lakin anası Ayşət övladı üçün darıxır və buna görə də Müslüm anasının yanına – Vışniy Voloçekə gedir. Böyük Bakıdan sonra kiçik şəhər həyatı onun üçün ayrı dünya olur. Burada onu başqa bir sənət növünə - teatra meyl gözləyirdi. Özü də tam daxildən. Bu, məşğələlər, orkestrla köklənərkən musiqi alətlərinin sirli səsləri və səhnə arxasının sehirliyi idi.

Bir il sonra anası onu Bakıya göndərir. Burada musiqi məşğələləri üçün daha geniş imkanlar var idi. Müslüm təcrübəli vokalistlərin dərs dediyi Bakı musiqi məktəbinə qəbul olunur. O, bütün ömrü boyu konsertmeyster Tamara Kretingenə sonsuz minnətdarlıq duyur. Görünür Müslümün fərqli və özünəməxsus ifasını kəşf edən Tamara onunla boş zamanlarında məşğul olmağa başlayır. O, Müslüm üçün o qədər də məşhur olmayan bəstəkarların nadir əsərlərini tapırdı. Bu, Müslümün dəfələrlə ifa olunan əsərləri yamsılamaq əvəzinə, öz interpretasiyasının yaratması üçün lazım idi. Xoşbəxtlikdən Müslüm yeniyetməlikdəki səs dəyişikliyindən yayına bilir. İndi onun edə biləcəyi yalnız bir şey var idi – inkişaf.

Ölümsüzlüyə doğru ilk addım:

Onun tamaşaçılar qarşısında ilk önəmli çıxışı Bakı dənizçilər evində konsertə iştirakı olub. Onu buraya xüsusi nömrə ilə çıxış etməyə çağırmışdılar. Həmin vaxt ailəsi yeniyetmə Müslümə solo konsertlə çıxış etməyə icazə vermirdi. Çünki səsəinin batmasından qorxurdular. Lakin Müslüm səsinin artıq tam formalaşdığını düşünür və çıxış etmək qərarına gəlir. Bu çıxış çox böyük uğur qazanır. Gənc istedad hər kəsi ruhlandırır.

Artıq 1961-ci ildə Müslüm Maqomayev Bakı hərbi dairəsinin mahnı və rəqs ansamblının solisti olur. Məhz bu zaman Müslümün ilk qastrolu baş tutur. Düzdür hələki yanlızca Zaqafqaziya üzrə. Bundan sonra onun müğənnilik karyerası yalnız yüksələn xətt üzrə gedir.

19 yaşında Maqomayev əməlli-başlı məşhur olur. O, bu məşhurluğu Helsinkidə keçirilən gənclər festivalında "Buxenvald harayı"nı möhtəşəm ifa etdikdən sonra qazanır. Məhz həmin haray 1963-cü ildə Kreml sarayında ifa edildikdən sonra sovet televiziya efirini partladır. İyirmi yaşlı Müslüm bir anda bütün Sovet İttifaqında məşhur olur. Uğur və müvəffəqiyyət o qədər sərhədsiz olur ki, solo konsert təklifləri yağış kimi onun üzərinə yağmağa başlayır. Özü də bu konsertlər idman sarayında, Çaykovski adına salonda baş tutur. Hədsiz dərəcədə tələbkar insan Klavdiya Şuljenko Maqomayev barədə bir dəfə belə deyir: "Maqomayev səhnədə görünən kimi böyük bir olay oldu. O, bütün gənclərdən öndə idi. O, hamının çox xoşuna gəlirdi".

Maqomayev Azərbaycan Opera və Balet Teatrının solisti olur. Eyni zamanda estrada konsertərində zalları doldurmağa davam edir. Aydın olur ki, növbəti pillə dünya miqyaslı səhnələrdir. Hər şey çox tez baş verir.

Milan. "La Skala" və başqaları:

1964-65-ci illərini Maqomayev İtaliyada, məşhur Milan teatrı "La Skala"da təcrübədə keçir. O zaman belə bir şaiyə dolaşırdı ki, gənc solist Milan teatrının truppasına daxil olmaq barədə təklif alıb, lakin Maqomayev estradaya artan sevgisinə görə bundan imtina edib. Belə bir təklif şühəsiz ki, doğrudan da olmuşdu. Lakin aydındır ki, imtinanın səbəbi başqa olub.

1966 və 1969-cu illərdə Maqomayevin Paris "Olimpiya"sında konsertləri anşlaqla keçir. "Olimpiya"nın direktoru müğənniyə illik müqavilə təklif edir (bu məlumat təstiqlənib). Lakin Sovet Mədəniyyət Nazirliyi müdaxilə edərək bu təklifdən imtina edir. Nazirlik belə bir addımını Maqomayevin dövlət konsertlərində çıxış etməli olması ilə izah edir. Mədəniyyət Nazirliyi eyni zamanda Maqomayevə ümumiyyətlə müstəqil qərar qəbul etməyi qadağan edir. Sözə qulaq asmamaq isə mümkün deyildi. Çünki bu, Vətənə xəyanətdə ittiham olunmaq kimi ağır nəticələrə gətirib çıxara bilərdi.

Moskvaya qayıtdıqda Maqomayev Böyük Teatrın tərkibinə daxil olmaq barədə təklif alır. Solist qərarlı şəkildə bundan imtina edir – ya özünü teatr cədvəlinə bağlamamaq istəyindən, ya da sadəcə prinsipiallığından. Onun repertuarı çox geniş idi. Buraya opera ariyalarından hit estrada mahnılarına qədər bir çox mahnı növləri daxil idi: estrada mahnıları (SSRİ-də ilk dəfə Maqomayevin ifasında məşhur Beatles-ın Yesterday mahnısı səslənir), rus romansları və əlbəttə ki vətənpərvər mahnılar.

Sovet dövlət mükafatları onun üzərinə dayanmadan yağır. Bu sıraya beynəlxalq mükafatlar da daxil olur. İlk mükafat Polşanın Sopot şəhərində qazanılır: Kaandan gətirilən "Qızıl val". Heç bir bayram televiziya verilişi Müslüm Maqomayevsiz ötüşmürdü.

Bütün dövrlərdə olduğu kimi, bu boyda böyüklük paxıllıq və qısqanclıqdan yan keçə bilməzdi. Hətta hər cürə əclaflığa hazır insanlar peyda olurdu. 1960-cı illərin sonunda baş verən hadisəni başqa nəylə izah etmək olar ki?

Azərbaycandan xaricə getmək qadağası:

1960-cı illərin sonlarında Müslüm Maqomayev hansısa yolla öyrənir ki, Rostov Filarmoniyası maliyyə problemləri yaşayır. Don kazaklarının mahnı və rəqs ansamblının hətta Moskvada qastrollara geyinmək üçün kostyumu belə yoxdur. Maqomayev konsert verməklə yardım etməyə razılaşır. Bu konserti o, Rostovda verir. Stadion 45 mindən çox tamaşaçı ilə dolur. Əslində Maqomayev yalnız bir hissə ilə çıxış etməyə razılaşır. Lakin tamaşaçılar sevimli ifaçılarını səhnədən buraxmaq istəmirlər. Buna görə də o, iki saatdan artıq səhnədə olur. Bu çıxış üçün ifaçıya bir hissədə ifa üçün qanunla nəzərdə tutulan 202 rubl əvəzinə 606 rubl ödənilir. Tədbirin adminstratorları Müslümü əmin edirlər ki, bu məbləğ tamamilə qanunidir və Mədəniyyət Nazirliyi tərəfindən təsdiqlənib. Lakin bu tamamilə yalan olur. Bu qəribə hadisə solist barədə anti-korrupsiya xətti üzrə cinayət işi açmaq üçün səbəb olur.

Bu barədə Parisdə "Olimpiya"da çıxış edən Maqomayevə məlumat veriləndə o, şoka düşür. Mühacir dairələr ona Fransada qalmağı və hər şeyin üzərindən xətt çəkməyi təklif edirlər. Lakin Maqomayev vətəndən uzaqda həyatı təsəvvür belə etmək istəmir. Təbii ki, o mühacir həyatının SSRİ-də qalan qohumları üçün necə nəticələnəcəyini də yaxşı anlayır.

Düzdür araşdırma komissiyası Maqomayevin günahkar olması barədə heç nə tapmır. Belə ki Müslüm Maqomayev ödənilən məbləğə rəsmi şəkildə imza atmaqla qəbul etmişdi. Lakin buna baxmayaraq SSRİ- Mədəniyyət Nazirliyi Maqomayevə Azərbaycandan kənarda qastrollarda çıxış etməyi qadağan edir. Boş vaxtdan səmərəli istifadə edən Maqomayev imtahan verərək Azərbaycan Dövlət Konservatoriyasına qəbul olur və Şövkət Məmmədovanın sinfində təhsil alır. 1968-ci ildə isə oranı bitirir. Maqomayevə qarşı qəzəb yalnız DTK-nın sədri Yuriy Andropov o zamanki mədəniyyət naziri Yekaterina Furtsevaya zəng vurub Maqomayevin DTK-nın yubileyində çıxış etməsi üçün şərait yaratmasını tələb etdikdən sonra soyuyur.

"Mən Müslüm Maqomayevin ifa etdiyi bir çox konsertlərdə iştirak etmişəm. Bu konsertlərdə heç vaxt aparıcı onun adını və soyadını tam elan etməyə imkan tapmayıb. Adətən Müslüm adından sonra o qədər alqış səsləri ucalırdı ki, bütün texnikaya rəğmən aparıcının onun soyadını elan etməsi səs-küy içərisinsə eşidilməz olurdu. Buna öyrəşmişdik. Necə ki, onun tək bir adının bizim incəsənətdə özünəməxsus yeri olduğuna öyrəşmişdik. Həm də ona alışmışıq ki, istənilən opera ariyası, istənilən mahnı onun ifasında həmişə gözlənilən möcüzə idi", -deyə Robert Rojdestvenski qeyd edib. Qeyd edək ki, Maqomayev Robertin bir sıra şeirlərinə bəstələnən mahnılar ifa edib. Bu mahnılardan bəzilərinin sözlərinin müəllifi Müslüm özü olub.

Müslüm Maqomayev 1937-ci ildə 52 yaşında Nalçikdə uzun sürən xəstəlikdən sonra vəfat edib.

Mövzuya görə xəbərlər

Məxdumqulu Fəraqi kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Çokan Vəlixanov kimdir?

Çokan Vəlixanov kimdir?

Murat Kurum kimdir?

Murat Kurum kimdir?

Alper Gezeravcı kimdir?

Alper Gezeravcı kimdir?

Sədi Şirazi kimdir?

Sədi Şirazi kimdir?

Ömər Fəxrəddin Paşa kimdir?

Ömər Fəxrəddin Paşa kimdir?