Son dəqiqə

Şeyx İkrima Səbri Məscidül-Əqsa Qüds Ali İslam Heyəti İbadət azadlığı Fövqəladə vəziyyət Ramazan bayramı namazı İsrailin Məscidül-Əqsanı bağlama səbəbləri 2026 ABŞ-İsrail-İran müharibəsinin Qüdsə təsiri Məscidül-Əqsanın idarəçiliyinə İsrail müdaxiləsi riskləri

İsrailin Məscidül-Əqsanın idarəçiliyinə müdaxiləsindən narahatıq - Şeyx İkrimə Səbri

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Məscidül-Əqsanın xatibi və Qüds Ali İslam Heyətinin sədri Şeyx İkrima Səbri İsrailin məscidi bağlı saxlamasının ağır fəsadları barədə xəbərdarlıq edib.

TurkicWorld xəbər verir ki, şənbə günü "Al Jazeera"ya müsahibə verən Şeyx Səbri yüz minlərlə müsəlmanın Ramazan ayı və Ramazan bayramı müddətində ibadətdən məhrum edilməsindən sonra cümə namazlarının qadağan edilməsinin qəbulolunmaz olduğunu bildirib. O, müsəlmanların ibadət hüququnun əlindən alınmasının beynəlxalq din azadlığı prinsiplərinə zidd olduğunu vurğulayıb.

Xatırladaq ki, İsrail hakimiyyəti 28 fevral 2026-cı ildə ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatlara başlaması ilə eyni vaxtda "fövqəladə vəziyyət" bəhanəsi ilə Məscidül-Əqsanı bağlayıb. Şeyx Səbri bu təhlükəsizlik arqumentini rədd edərək qeyd edib ki, Fələstində digər məscidlər və bazarlar açıq olduğu halda, yalnız Əqsanın bağlı qalmasının heç bir məntiqi əsası yoxdur. O, İsrailin bu addımla məscidin idarəçiliyinə birbaşa müdaxilə etməsindən və orada öz suverenliyini bərqərar etməyə çalışmasından ciddi narahatlığını ifadə edib.

Şeyx Səbri məscidin açılması ilə bağlı tələblərinə görə İsrail kəşfiyyatı tərəfindən sorğu-suala çəkildiyini də diqqətə çatdırıb: "Mən mövqeyimi bir daha təsdiq edirəm: Şəriət baxımından Məscidül-Əqsanın bağlanması caiz deyil və o, dərhal açılmalıdır". O, Qüdsün Məkkə və Mədinə kimi bütün müsəlmanlara məxsus olduğunu vurğulayaraq, İslam dünyasını və ərəb hökumətlərini İsrailə təzyiq göstərməyə çağırıb.