BAKI,TurkicWorld
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ hərbi hava qüvvələrinin İran nefti daşıyan tankeri saxladığını əks etdirən görüntünü yayıb.
Bu barədə TurkicWorld xəbər verir.
Məlumata görə, "Deep Sea" adlı gəmidə 2 milyon barrelə yaxın neft daşınıb və Hörmüz boğazının blokadası çərçivəsində hərbçilər rabitə vasitəsilə onları geri dönməyə məcbur edib.
Xatırladaq ki, daha əvvəl İranda iki tankerin Hörmüz boğazından maneəsiz keçdiyi bildirilmişdi. Lakin CENTCOM bu məlumatı təkzib edərək, heç bir tankerin blokadanı yarıb keçə bilmədiyini bəyan edib.







