Son dəqiqə

Fövqəladə Hallar Nazirliyi Ələt Abşeron yarımadası Qaradag

Qaradağ və Abşeron rayonlarında hərbi sursat aşkarlanıb

BAKI,TurkicWorld

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Ələt qəsəbəsində və Abşeron rayonu, Fatmayı kəndində hərbi sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub. Məlumatlarla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

FHN-in mətbuat xidmətindən TurkicWorld-ə verilən məlumata görə, hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra çevik qrup tərəfindən ümumilikdə 1 ədəd 100 mm-lik top mərmisi, 4 ədəd RQD-5 əl qumbarası və 4 ədəd UZRQM partladıcısı götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Mövzuya görə xəbərlər