Azərbaycan Ordusu antiterror tədbirlərini yüksək peşəkarlıqla və dəqiqliklə həyata keçirdi - Yücel Karauz

Azərbaycan Ordusu antiterror tədbirlərini yüksək peşəkarlıqla və dəqiqliklə həyata keçirdi - Yücel Karauz

Bakı. Trend:

Azərbaycan Ordusu öz suveren ərazilərində erməni terrorçularına qarşı antiterror tədbirlərini yüksək peşəkarlıqla və dəqiqliklə həyata keçirdi.

Bu fikirləri Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” videolayihəisnə müsahibəsində ehtiyatda olan türkiyəli general Yücel Karauz bildirib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu tərəfindən yalnız terrorçular hədəf alındı və mülki şəxslərə heç bir zərər vurulmadı.

"Ən başlıcası, cəmi bir gün ərzində terrorçu ermənilər təslim olmağa məcbur edildi. Bu, çox böyük uğurdur, Azərbaycanın, başda Müzəffər Ali Baş Komandan İlham Əliyevin növbəti tarixi qələbəsidir", - deyə o, əlavə edib.

O, əlavə edib ki, Azərbaycanın qətiyyətlə həyata keçirdiyi antiterror tədbirləri beynəlxalq qanunlara uyğun idi.

"Azərbaycan öz suveren və konstitutsion hüququndan istifadə edərək terrorçuluğa qarşı mübarizə aparır. Qardaş Azərbaycana dualar edir, bu şərəfli işdə uğurlarlar arzulayıram", - deyə o, əlavə edib.

Müsahibənin videovariantını təqdim edirik.