Novruz Aslan ərzaq yükünün Xankəndiyə çatdırılması barədə "Tofiq Abbasovla dialoq" verilişində

Novruz Aslan ərzaq yükünün Xankəndiyə çatdırılması barədə "Tofiq Abbasovla dialoq" verilişində

Bakı. TurkicWorld:

"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı efirə çıxıb.

TurkicWorld çərşənbə günü xəbər verir ki, verilişin qonağı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti Novruz Aslan olub.

Novruz Aslanın bildirib ki, Azərbaycanın bu diplomatiyası qarşı tərəfdə şok təsiri yaradıb.

"Biz etməli olduğumuzu edirik. Azərbaycanın humanitar təşkilatı olaraq biz ölkəmizin istənilən nöqtəsində mövcud olan və ya ola biləcək çağırışlara cavab verməliyik. Xankəndi bizim ərazimizdir, Qarabağ İqtisadi Rayonuna daxildir. Biz öz hüquqi ərazimizdəyik. Bu, xoşməramlı bir hərəkətdir. Biz oraya silahla deyil, sadəcə humanitar diplomatiya tədbiri icra etmək üçün getmişik. Biz Xankəndidə olan əhali ilə ünsiyyətə girməyə hazır idik. İmtina etməyin də bir ədəbi var. Biz heç kəsə istəmədiyi şeyi zorla vermək fikrində deyilik", - o deyib.

Novruz Aslan Ermənistanın özü üçün doğru yolu seçməli olduğunu vurğulayıb.

"Ermənistan hazırda yol ayrıcındadır və hansı tərəfə hərəkət etməli olduğunu bilmir. Bu səndələmə prosesi Ermənistanın sərbəst hərəkət etməsinə çox mane olur", - deyə o əlavə edib.