Bakı,TurkicWorld
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Gürcüstan arasında ticarət əməliyyatlarının həcmi 887,950 milyon ABŞ dolları təşkil edib.
TurkicWorld in Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamaya görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 264 milyon ABŞ dolları və ya 42,3% çoxdur.
Hesabat dövründə Gürcüstan ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,39%-i həcmində olub. Bununla da Gürcüstan Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələr sırasında 8-ci pillədə qərarlaşıb.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Gürcüstana 757,490 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 262 milyon ABŞ dolları və ya təqribən 52,9% çoxdur.
İxrac əməliyyatlarının 443 milyon dolları qeyri-neft məhsullarının payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan Gürcüstana qeyri-neft məhsullarının ixracı 198,2 milyon dollar və ya 1,8 dəfə artıb.
Hesabat dövründə Azərbaycan Gürcüstandan 130,459 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,934 milyon ABŞ dolları və ya 1,5% artım deməkdir.
Ümumilikdə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə ümumi dəyəri 37,210 milyard ABŞ dolları olan ticarət əməliyyatları həyata keçirib.
Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 1,836 milyard ABŞ dolları və ya 5,2 faiz artıb.
Xarici ticarət dövriyyəsinin 23,865 milyard ABŞ dolları ixracın, 13,346 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, son bir ildə ixrac 5,259 milyard dollar və ya 28,3 faiz artıb, idxal isə 3,423 milyard dollar və yaxud 20,4 faiz azalıb.
Nəticədə, Azərbaycanın xarici ticarət balansında 10,519 milyard ABŞ dolları həcmində müsbət saldo formalaşıb. Bu göstərici illik müqayisədə 8 milyard 379 milyon dollar və ya 5,7 dəfə artıb.







