Ukraynada Kaxovka Su Elektrik Stansiyasındakı bənd partladılıb

Ukraynada Kaxovka Su Elektrik Stansiyasındakı bənd partladılıb

Bakı. TurkicWorld:

Bu gecə Kaxovka Su Elektrik Stansiyasındakı (SES) bəndi partladılıb.

TurkicWorld xəbər verir ki, məlumatı Ukrayna SQ-nin "Cənub" operativ komandanlığı da təsdiqləyib.

Qeyd edək ki, Xerson şəhər administrasiyasının rəhbəri Aleksandr Prokudin su altında qalmaq təhlükəsi ilə üzləşən Dneprin sağ sahilində yaşayan sakinlərin təxliyəsini elan edib. Xerson vilayətinin sağ sahilində kritik zonada 16 min nəfər var. Artıq bəzi əraziləri su basıb.

Verilən mlumata görə, həmin yaşayış məntəqələrinin əhalisinin təxliyəsi hazırlanır. Onlar Nikolayev şəhərinə köçürüləcək.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 24 fevral 2022-ci ildə Krımın Rusiya tərəfindən qeyri-qanuni ilhaq edilməsi, daha sonra Donetsk və Luhansk vilayətlərinin işğalı ilə başlayıb. Bu müharibə İkinci Dünya müharibəsindən sonra Avropa ərazisində baş vermiş ən geniş miqyaslı müharibə hesab olunur.