BAKI,TurkicWorld
Özbəkistan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə Çin Prezidenti Si Cinpinin təklif etdiyi süni intellekt sahəsində əməkdaşlıq üzrə yeni beynəlxalq qurum arasında tərəfdaşlıq yaradılması təşəbbüsünü irəli sürüb.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu təkliflə Bişkekdə keçirilən ŞƏT-in 25-ci yubiley sammitində çıxış edib.
Mirziyoyev Si Cinpinin Ümumdünya Süni İntellekt Əməkdaşlığı Təşkilatının yaradılması təşəbbüsünü alqışlayaraq, ŞƏT-in yeni təşkilatla institusional əlaqələrin qurulması imkanını nəzərdən keçirməli olduğunu bildirib.
Özbəkistan Prezidenti həmçinin bütün üzv dövlətlərdə çoxdilli məlumatlara çıxışın genişləndirilməsi, süni intellekt texnologiyalarının hazırlanması və istifadəsinin dəstəklənməsinə yönəlmiş ŞƏT-in Açıq Çoxdilli İnformasiya Korpusunun yaradılmasını təklif edib.
Bundan əlavə, Özbəkistan hökumətlər, texnologiya şirkətləri, tədqiqatçılar və digər maraqlı tərəflərin təcrübə mübadiləsi aparması və praktiki layihələr hazırlaması üçün platforma yaradaraq, ölkəsində ŞƏT-in süni intellekt və yeni rəqəmsal həllər üzrə Forumunun keçirilməsini təklif edib.
"Süni intellektin və rəqəmsal texnologiyaların inkişafı iqtisadiyyatların gələcəyini müəyyən edən əsas amillərdən birinə çevrilir", - dövlət başçısının təklifində qeyd olunub və ŞƏT çərçivəsində texnoloji əməkdaşlığın artan əhəmiyyəti vurğulanıb.







