Son dəqiqə

Özbəkistan İtaliya

Özbəkistan və İtaliya arasında əməkdaşlıq sazişi imzalanıb

Bakı,TurkicWorld:

Özbəkistan Hava Limanları ilə İtaliyanın “EU Wings” şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb.

TurkicWorld xəbər verir ki, İtaliya şirkəti Daşkənd, Buxara, Nəvai, Urgenç, Namanqan və Fərqanə beynəlxalq hava limanlarında xətti təyyarələrə texniki xidmət göstərəcək.

Bu saziş Özbəkistanın hava limanlarına yeni xarici aviadaşıyıcıların cəlb edilməsi üçün əlverişli şərait yaradacaq və əlavə iş yerlərinin təşkili imkanlarını inkişaf etdirəcək.

Mövzuya görə xəbərlər