Son dəqiqə

Özbəkistan Daşkənd

Daşkənddə ŞƏT forumunun 19-cu iclası keçiriləcək

Bakı,TurkicWorld:

İyunun 5-də Özbəkistanın paytaxtı Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) forumunun “Yeni şəraitdə ŞƏT-in rolu: ümumbəşəri təhlükəsizlik, sabitlik və rifah naminə qüvvələrin birləşdirilməsi” mövzusunda 19-cu iclası keçiriləcək.

TurkicWorld xəbər verir ki, iclasda 10 ölkədən 40-dan çox ekspert, ŞƏT-ə üzv ölkələrin milli tədqiqat mərkəzlərinin nümayəndə heyəti, müşahidəçi dövlətlərin mütəxəssisləri və ŞƏT-in dialoq üzrə tərəfdaşları iştirak edəcəklər.

Qeyd edək ki, tədbirin gündəliyində duran məsələlərlə bağlı ŞƏT-ə üzv dövlətlərin yanaşmalarını və baxışlarını əks etdirən iclasın Protokolunun imzalanması planlaşdırılır.

Mövzuya görə xəbərlər