Son dəqiqə

Qazaxıstan Özbəkistan Almatı

Almatı və Nukus şəhərləri arasında yeni aviareys açılıb

Bakı. TurkicWorld:

Qazaxıstan Almatı və Özbəkistanın Nukus şəhərləri arasında yeni aviareys açılıb.

TurkicWorld xəbər verir ki, uçuş “Özbəkistan Hava Yolları” aviaşirkəti tərəfindən iyunun 1-dən etibarən həftədə iki dəfə (çərşənbə və şənbə günləri) 174 yerlik “Airbus-320” təyyarəsində həyata keçiriləcək.

Məlumata əsasən, yeni reysin açılması iki ölkə arasında ticarət-iqtisadi, biznes və turizm əməkdaşlığının daha da inkişafına təkan vermək məqsədi daşıyır.

Qeyd edək ki, Qazaxıstandan 28 ölkəyə 121 marşrut üzrə həyata keçirilən beynəlxalq uçuşların ümumi sayı həftədə 567-yə çatıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər