Son dəqiqə

Özbəkistan Rusiya Vladimir Putin Şavkat Mirziyoyev

Özbəkistan və Rusiya prezidentləri ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər

Bakı. TurkicWorld:

Mayın 8-də Moskvaya işgüzar səfəri çərçivəsində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında görüş olub.

TurkicWorld xəbər verir ki, görüş zamanı Özbəkistan-Rusiya hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi, o cümlədən ticarət-iqtisadi əlaqələrin inkişafı məsələləri müzakirə edilib.

Qeyd edək ki, Şavkat Mirziyoyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Ali Avrasiya İqtisadi Şurasının növbəti iclasında və İkinci Dünya Müharibəsində qələbənin 79-cu ildönümü ilə bağlı təntənəli tədbirlərdə iştirak edəcək.

Mövzuya görə xəbərlər