Son dəqiqə

OPEC Özbəkistan

Özbəkistan və OPEC Fondu 500 milyon dollarlıq müqavilə imzalayıb

Bakı,TurkicWorld

Özbəkistan və OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) Beynəlxalq İnkişaf Fondu arasında 2024-2029-cu illər üçün 500 milyon dollarlıq saziş imzalanıb.

TurkicWorld xəbər verir ki,OPEC Fondu həmçinin bütün Özbəkistanda 30 minə yaxın uşaq üçün 200 məktəbəqədər təhsil müəssisəsinin yaradılmasını nəzərdə tutan məktəbəqədər təhsil sahəsində hökumət layihəsinə 20 milyon dollar kredit ayıracaq.

“Biz hökumətin səylərinə qoşulmaqdan və onun 2030-cu ilə qədər orta-orta gəlirli ölkə olmaq iddialı ambisiyasını dəstəkləməkdən qürur duyuruq”,- deyə Fondun prezidenti Əbdülhəmid Əl-Xəlifə vurğulayıb.

Qeyd edək ki, OPEC Fondu bu günə qədər Özbəkistanda 30-a yaxın layihəni dəstəkləmək üçün təxminən 760 milyon dollar məbləğində kredit ayırıb.

Mövzuya görə xəbərlər