Son dəqiqə

Türkiyə Özbəkistan Şavkat Mirziyoyev Cevdet Yılmaz

Cevdet Yılmaz Özbəkistana səfər edəcək

Bakı. TurkicWorld:

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz rəsmi görüşlər keçirmək üçün sabah Özbəkistana səfər edəcək.

TurkicWorld xəbər verir ki, iki günlük rəsmi proqramları çərçivəsində Yılmaz Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Özbəkistan Baş nazirinin müavini, Türkiyə-Özbəkistan Birgə İqtisadiyyat Komitəsinin (KEK) həmsədri və iqtisadiyyatdan məsul nazir Cəmşit Kuçkarovla görüşəcək.

"Türk İş Dünyası Toplantısı" proqramında iş dünyası nümayəndələri ilə görüşəcək Yılmaz proqramın ikinci günündə Daşkənddə keçiriləcək Üçüncü Daşkənd Beynəlxalq İnvestisiya Forumunun açılış mərasimində iştirak edəcək.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər