Şavkat Mirziyoyev Rusiyaya rəsmi səfər edib

Şavkat Mirziyoyev Rusiyaya rəsmi səfər edib

Bakı. TurkicWorld:

Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya rəsmi səfər edib.

TurkicWorld xəbər verir ki, Özbəkistan prezidentinin Kazan və Moskva şəhərlərinə səfəri, geniş tərkibdə yüksək səviyyəli danışıqlar aparması gözlənilir.

Bundan əlavə, rəsmi səfər çərçivəsində Özbəkistan prezidentinin Tatarıstana da səfəri gözlənilir, burada Tatarıstan Respublikasının Rəisi (rəhbəri) Rüstəm Minnixanov ilə danışıqlar aparılacaq.

Ləman Əsədli
Twitter: Lamanasadli01