Bakı. TurkicWorld:
FİFA prezidenti Canni İnfantino Türkmənistana səfər edib.
TurkicWorld-un məlumatına görə, İnfantinonun Türkmənistana ilk səfəri FİFA ilə əməkdaşlığı gücləndirmək üçün yeni imkanlar yaradacaq və Türkmənistanda futbolun inkişafına təkan verəcək.
Birgünlük səfər zamanı FİFA prezidenti ölkə rəhbərliyi və milli futbol federasiyası ilə Türkmənistanda bu idman növünün inkişafı və gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib.
Qeyd edək ki,FİFA prezidentinin 3 may Qazaxıstana səfəri baş tutub. Canni İnfantino 5 may Qırğızıstana, 6 may isə Özbəkistana səfər edəcək.
Məlumat üçün bildirək ki, Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov 2022-ci ilin dekabrında Qətərə işgüzar səfəri zamanı Hollandiya və ABŞ komandaları arasında keçirilən dünya çempionatının 1/8 final oyununda iştirak edib. Türkmənistan prezidenti matçın keçirildiyi “Xəlifə” stadionunda FİFA prezidenti Canni İnfantino ilə qısamüddətli görüş keçirib.