Cənubi Koreyanın xarici işlər naziri Türkmənistana ilk rəsmi səfərini edəcək

Cənubi Koreyanın xarici işlər naziri Türkmənistana ilk rəsmi səfərini edəcək

Bakı. TurkicWorld:

Cənubi Koreyanın xarici işlər naziri Türkmənistana ilk rəsmi səfərini edəcək.

TurkicWorld-un məlumatına görə, Cənubi Koreyanın xarici işlər naziri Park Cin 1992-ci ildə diplomatik əlaqələrin qurulmasından bəri ilk dəfə 16-cı Mərkəzi Asiya-Koreya Respublikası Əməkdaşlıq Forumunda iştirak etmək üçün Türkmənistana səfər edəcək.

Noyabrın 1-də baş tutacaq forum iqtisadiyyatın və sosial mühitin müxtəlif seqmentlərini təmsil edən 200-ə yaxın nümayəndəsini bir araya gətirəcək və səhiyyə, nəqliyyat, informasiya texnologiyaları, iqlim dəyişikliyi, təhsil və bir çox digər sahələrdə davamlı inkişaf məsələlərini müzakirə edəcək.

Səfər çərçivəsində Koreya Respublikasının xarici işlər naziri, Türkmənistanın prezidenti Sərdar Berdiməhəmmədovla görüşəcək, həmçinin Mərkəzi Asiyadan olan həmkarları ilə ikitərəfli görüşlər keçirəcək.

Qeyd edək ki, forumda Qazaxıstan, Tacikistan, Özbəkistan və Qırğızıstan xarici işlər nazirlərinin də iştirakı gözlənilir.

Aytac Süleymanova