Son dəqiqə

Türkiyə Türkmənistan Sərdar Berdiməhəmmədov

Türkmənistan prezidenti Türkiyəyə ilk rəsmi səfərini edəcək

Bakı. TurkicWorld:

Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov Türkiyəyə ilk rəsmi səfərini edəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkmənistanın xarici işlər naziri Rəşid Meredov məlumat verib.

"Türkiyə Cümhuriyyəti ölkənin ən yaxın tərəfdaşlarından biridir. Son illər imzalanmış dövlətlərarası, hökumətlərarası və institutlararası sənədlər ikitərəfli əməkdaşlıq üçün etibarlı hüquqi baza yaradır. Bu kontekstdə qarşıdan gələn səfər iki ölkənin qardaş xalqları arasında tarixi tərəfdaşlığa əsaslanan ənənəvi Türkmən-Türkiyə əlaqələrinin daha da hərtərəfli inkişafına töhfə verəcək",- deyə o bildirib.

Qeyd edək ki, Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov Türkiyə tərəfinin dəvəti ilə bu ilin iyun ayında, yenidən Türkiyə prezidenti seçilmiş prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edib.

Aytac Süleymanova

Mövzuya görə xəbərlər