Son dəqiqə

Azərbaycan Türkiyə Qarabağ Rəcəb Tayyib Ərdoğan Anım günü

Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq da belə qalacaq - Ərdoğan (FOTO)

BAKI,TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr – Anım Günü münasibətilə paylaşım edərək Qarabağın azadlığı uğrunda şəhid olanları və qaziləri yad edib.

Ərdoğan paylaşımında dost və qardaş Azərbaycanın Anım Günü münasibətilə Qarabağı işğaldan azad etmək üçün mübarizə aparan şəhidlərin xatirəsini ehtiramla anıb, qazilərə hörmətini ifadə edib.

Türkiyə Prezidenti mesajını “Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq da belə qalacaq” sözləri ilə tamamlayıb.

Azərbaycanda 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində həlak olanların xatirəsi hər il Anım Günündə yad edilir.

Mövzuya görə xəbərlər