Türkiyədə prezident seçkiləri ikinci tura qalıb

Türkiyədə prezident seçkiləri ikinci tura qalıb

Bakı, TurkicWorld:

Türkiyədə 28 may tarixində prezident seçkilərinin II turu keçiriləcək, TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) rəhbəri Ahmet Yener jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb.

Qeyd edək ki, Türkiyədə mayın 14-də prezident və parlament seçkiləri keçirilib.

İlkin nəticələrə görə, Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,42%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,95 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,2%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,43% səs toplayıblar.

Açılan sandıq sayı isə 99,87 % təşkil edir.

Ləman Əsədli

Twitter: lamanasadli01