Türkiyə daxilində hazırda 30-a yaxın sandıq açılmayıb - Türkiyə Ali Seçki Şurası

Türkiyə daxilində hazırda 30-a yaxın sandıq açılmayıb - Türkiyə Ali Seçki Şurası

Bakı. TurkicWorld:

Hazırda Türkiyə daxilində 27 sandıq açılmayıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Ali Seçki Şurasının sədri Ahmet Yener jurnalistlərə açıqlaması zamanı deyib.

O qeyd edib ki, Türkiyə xaricindən gələn səsvermələrdə isə 1529 sandıq açılmayıb.

Xatırladaq ki, ötən gün Türkiyədə prezident və parlament seçkiləri keçirilib.

Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan, Ata İttifaqının namizədi Sinan Oğan və Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

Bununla yanaşı Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edib.

Türkiyə ərazisində 191 mindən çox seçki qutusu qurulub. Ölkə daxilində 60 milyon 697 min 843 seçici qeydə alınıb. Onlardan 5 milyona yaxını ilk dəfə səs verənlərdir.