Son dəqiqə

Türkiyə Türkiyə Milli Müdafiə Nazirliyi Sudan

Sudandan daha 100-dən çox nəfər Türkiyəyə təxliyyə olunub

Bakı TurkicWorld

Sudandan daha 100-dən çox Türkiyə vətəndaşı təxliyə edilib

Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında təxminən bir aya yaxındır davam edən qarşıdurma nəticəsində ölkənin müxtəlif şəhərlərində köməksiz qalan 132 Türkiyə vətəndaşı təxliyə edilib.

TurkicWorld xəbər verir ki, həmin şəxslər Türkiyə Milli Müdafiə Nazirliyinin göndərdiyi hərbi təxliyə təyyarəsi ilə evlərinə qayıdıb.

Qeyd edək ki, aprelin 15-də başlayan münaqişədən bəri Türkiyə quru, hava və dəniz yollarından istifadə edərək 2000-dən çox Türkiyə vətəndaşını və 10-dan çox ölkə vətəndaşını təxliyə edib.

Sudanda ordu ilə xüsusi təyinatlılar arasında bir aya yaxındır davam edən qarşıdurmaları dayandırmaq üçün tərəflər arasında Səudiyyə Ərəbistanının Ciddə şəhərində aparılan danışıqlar nəticəsində mayın 11-də “Ciddə Bəyannaməsi” imzalanıb.

Xatırladaq ki, Suveren Şuraya rəhbərlik edən Sudan ordusunun komandanı Əbdül Fəttah əl-Burhanla həmin şurada onun müavini olan xüsusi təyinatlı qüvvələrin başçısı Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən ölkədə vəziyyət gərginləşib. Aprelin 15-də Merove şəhərindəki hərbi baza yaxınlığında və paytaxt Xartumda iki güc strukturu arasında toqquşmalar başlayıb. Sudan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə toqquşmalar nəticəsində ölənlərin sayı 604-ə çatıb, 5127-ə yaxın yaralı var.

Mehriban Xəlilli

@MXalilbekova

Mövzuya görə xəbərlər