Bakı, TurkicWorld:
"Türk Dünyası" (TurkicWorld) media platforması Türkiyədəki seçkiləri yaxından izləyir. AzerPress xəbər verir ki, bu sözləri ARB 24-ə açıqlamasında Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Rufiz Hafizoğlu bildirib.
“Hal-hazırda bir çox ölkələrin gözü Türkiyədə keçirilən seçkilərdədir. Biz, Türk Dünyası Media Platforması komandası olaraq səhər saatlarından işə gəldik və seçki prosesini bütün Azərbaycan media qurumları kimi izləməyə başladıq”, - deyə o əlavə edib.
R.Hafizoğlu onu da qeyd edib ki, Türkiyədə seçki prosesi demokratik keçdi, hər hansı neqativ hal yaşanmadı.
“Biz də Türk Dünyası Media Platforması olaraq seçki prosesini, seçkilərin nəticəsini, regionda baş verən bir sıra məsələləri oxucularımıza çatdırmağı özümüzə borc bildik. Bu baxımdan, Azərbaycan, rus, ingilis və digər türk dillərində özbək, qazax, türkmən dillərində xəbərlər yayımlanır və oxucular Türkiyədə seçki haqqında tam ətraflı məlumat alırlar. Bu gün gecə saatlarında Türkiyə prezidenti Ərdoğanın zəfər nitqi gözlənilir. Seçkilərin yekun nəticəsi açıqlanana qədər komanda ilə burdayıq, xəbərləri oxuculara çatdıracağıq”, - deyə o vurğulayıb.