Türkiyə Ali Seçki Komissiyasının işində heç bir gecikmə yoxdur - Ahmet Yener

Türkiyə Ali Seçki Komissiyasının işində heç bir gecikmə yoxdur - Ahmet Yener

Bakı. TurkicWorld:

Türkiyə Ali Seçki Komissiyasının işində heç bir gecikmə yoxdur

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Ali Seçki Komissiyasının sədri Ahmet Yener jurnalistlərə açıqlaması zamanı deyib.

"Türkiyə Ali Seçki Komissiyasının işində heç bir gecikmə yoxdur. Seçkilərin yekun nəticələri hesablandıqdan sonra konkret açıqlama veriləcək", - deyə sədr bildirib.

Xatırladaq ki, səsvermə yerli vaxtla bugün saat 08:00-da başlayıb. Ümumilikdə Türkiyədə səsvermə hüququna 64 milyondan artıq insan malikdir.

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları aprel ayının 27-dən may ayının 9-dək səs veriblər.

Türkiyədə yaşayan 60 milyon 697 min 843 seçicinin 30 milyon 710 min 790-ı, yəni 50,60 faizini qadınlar təşkil edir.

Kişi seçicilərin sayı isə 29 milyon 987 min 53 nəfər olmaqla 49.40 faiz təşkil edir.

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları aprelin 27-dən may ayının 9-dək səs veriblər.

Xaricdə yaşayan Türkiyə vətəndaşlarının sayı 6,5 milyondan artıqdır.

Ümumilikdə xarici ölkələrdə yaşayan 3 milyon 416 min 98 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.

Bu seçicilərin 1 milyon 595 min 158-i qadın seçicilərdir ki, bu da xaricdəki seçici sayımızın 46,70 faizinə bərabərdir. Bundan başqa, kişi seçicilərin sayı 1 milyon 820min 940 nəfərdir ki, bu da seçicilərin 53.30 faizini təşkil edir.

Səsvermə 75 ölkədə və 156 diplomatik səsvermə dairəsində keçirilib.