Türkiyə Türkiyədə prezident seçkiləri Mustafa Destici

Xalqın verdiyi qərara hörmətlə yanaşmaq lazımdır - Mustafa Destici

Bakı. TurkicWorld:

Türkiyənin Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici Türkiyədə keçirilən prezident və parlament seçkilərində səs verib.

TurkicWorld-un məlumatına görə, BBP-nin sədri İstanbulda səs verib.

"Türkiyədə keçirilən seçkilər həmişə şəffaf olub. Buna şübhə ilə yanaşanlar ölkəmiz, millətimiz tərəfindən layiqli cavab alıblar. Türk milləti milli iradəsinə həmişə sahib çıxıb. Xalqın verdiyi qərara hörmətlə yanaşmaq lazımdır ",- deyə Mustafa Destici qeyd edib.

Xatırladaq ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Seçkilərdə 3 namizəd iştirak edir.

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri 5 ildən bir keçirilir.

Bu gün yerli vaxtla saat 17:00-da Türkiyədə parlament və prezident seçkiləri başa çatacaq.

Xatırladaq ki, ümumilikdə Türkiyədə səsvermə hüququna 64 milyondan artıq insan malikdir.

Türkiyədə yaşayan 60 milyon 697 min 843 seçicinin 30 milyon 710 min 790-ı, yəni 50,60 faizini qadınlar təşkil edir.

Kişi seçicilərin sayı isə 29 milyon 987 min 53 nəfər olmaqla 49.40 faiz təşkil edir.

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları aprelin 27-dən may ayının 9-dək səs veriblər.

Xaricdə yaşayan Türkiyə vətəndaşlarının sayı 6,5 milyondan artıqdır.

Ümumilikdə xarici ölkələrdə yaşayan 3 milyon 416 min 98 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.

Bu seçicilərin 1 milyon 595 min 158-i qadın seçicilərdir ki, bu da xaricdəki seçici sayımızın 46,70 faizinə bərabərdir. Bundan başqa, kişi seçicilərin sayı 1 milyon 820min 940 nəfərdir ki, bu da seçicilərin 53.30 faizini təşkil edir.

Səsvermə 73 ölkədə və 151 diplomatik nümayəndəlikdə keçirilib.

Mövzuya görə xəbərlər