Ərdoğan zəfər nitqini söyləyəndə Baydenin üz ifadəsi bizə maraqlıdır- Süleyman Soylu

Ərdoğan zəfər nitqini söyləyəndə Baydenin üz ifadəsi bizə maraqlıdır- Süleyman Soylu

Bakı, TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin nəticəsi açıqlandıqdan sonra zəfər nitqini söyləyəndə Amerika prezidenti Co Baydenin üz ifadəsi bizə maraqlıdır, TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

"Rəcəb Tayyib Ərdoğan kimi liderlər nadirdir. İlk dəfədir ki, Amerika və Avropanı belə zəif halda tutmuşuq. Qərb dövlətləri Rəcəb Tayyib Ərdoğanın siyasətini qəbul edəcək", - deyə Soylu əlavə edib.

Xatırladaq ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan, Ata İttifaqının namizədi Sinan Oğan və Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

Ləman Əsədli

Twitter: lamanasadli01