Son dəqiqə

Türkiyə Rusiya Ukrayna İstanbul taxıl dəhlizi

İstanbulda "Taxıl sazişi" ilə bağlı görüş keçirilib

Bakı. TurkicWorld:

İstanbulda Türkiyə, Rusiya və Ukrayna müdafiə nazirlərinin müavinləri taxıl təşəbbüsü ilə bağlı görüş keçiriblər.

TurkicWorld-un məlumatına görə, İstanbulda Türkiyə, Rusiya və Ukrayna müdafiə nazirlərinin müavinləri, həmçinin Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmilərinin iştirakı ilə taxıl təşəbbüsü və digər məsələlərlə bağlı görüş keçirilib.

Türkiyə Milli müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlu və onu müşayiət edən nümayəndə heyəti Türkiyə adından görüşdə iştirak edib.

Taxıl müqaviləsinin müddəti mayın 18-də başa çatacaq.

Xatırladaq ki, ötən il iyulun 22-də İstanbulda qida və gübrələrin beynəlxalq bazara tədarükü ilə bağlı sənədlər paketi imzalanıb. İlkin olaraq müqavilələr 120 gün müddətinə bağlanıb, ötən ilin noyabrında isə eyni müddətə uzadılıb.

Əlavə olaraq qeyd edək ki, Türkiyənin “taxıl dəhlizi” vasitəsilə bu günə qədər Ukrayna limanlarından 30 milyon ton taxıl ixrac edilib.

Mövzuya görə xəbərlər