Son dəqiqə

Türkiyə Mövlud Çavuşoğlu Sudan

Türkiyənin Sudandakı səfirliyinin işçiləri təxliyyə edilib - Çavuşoğlu

Bakı, TurkicWorld

Türkiyənin Sudandakı səfirliyinin işçiləri təxliyyə edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Nazir onu da qeyd edib ki, Sudan Suverenlik Şurasının sədri Əbdül Fəttah əl-Burhan və ordunun köməyi ilə səfirlik binası boşaldılıb.

Xatırladaq ki, Sudan Suverenlik Şurasının sədri Əbdül Fəttah əl-Burhan və həmin şurada onun müavini olan xüsusi təyinatlı qüvvələrin başçısı Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən ölkədə vəziyyət gərginləşib. Aprelin 15-də Merove şəhərindəki hərbi baza yaxınlığında və paytaxt Xartumda iki güc strukturu arasında toqquşmalar başlayıb. Son məlumata görə, döyüşlər nəticəsində 500-ə yaxın dinc sakin həyatını itirib, 4 mindən çox insan yaralanıb, yüz minlərlə insan müxtəlif məntəqələrə köçmək məcburiyyətində qalıb.

Ləman Əsədli
Lamanasadli01

Mövzuya görə xəbərlər