Son dəqiqə

Türkiyə Türkiyənin Ali Seçki Şurası Türkiyə Prezident seçkiləri

Xaricdə yaşayan türk vətəndaşlarının səsvermə prosesi sabah yekunlaşır

Bakı, TurkicWorld:

Xaricdə yaşayan türk vətəndaşlarının səsvermə prosesi mayın 9-da yekunlaşır.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Ali Seçki Şurası (YSK) məlumat yayıb.

Məlumata əsasən, xaricdə səsvermə prosesi başa çatdıqdan sonra səslər YSK-nın təyin etdiyi üsullarla yüksək təhlükəsizlik şərtləri altında diplomatik kuryerlərlə Türkiyəyə gətiriləcək. Türkiyəyə gətirilən səslər Xaricdə Dairə Seçki Şurasının sədri tərəfindən Ankarada "ATO Congresium" sərgi mərkəzində təhlükəsiz ərazidə saxlanılacaq.

Qeyd edək ki, ümumilikdə 64 milyon 113 min 941 nəfər səsvermədə iştirak edəcək ki, bunlardan 3 milyon 416 min 98 nəfəri xaricdə yaşayır.

Xaricdə yaşayan seçicilərin 1 milyon 595 min 158-i qadın seçicilərdir və bu da xaricdəki seçici sayının 46,70 faizinə bərabərdir. Bundan başqa, kişi seçicilərin sayı 1 milyon 820min 940 nəfər təşkil edir ki, bu da seçicilərin 53.30 faizini təşkil edir.

Məlumat üçün bildirək ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Ata İttifaqının namizədi Sinan Oğan və Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

Türkiyədə millətvəkili namizədlərinin siyahısı aprelin 9-da Ali Seçki Şurasına (YSK) təqdim edilib.

Ləman Əsədli

lamanasadli01

Mövzuya görə xəbərlər