Bursada Mustafa Varankın seçki maşını HDP-lilərin hücumuna məruz qalıb

Bursada Mustafa Varankın seçki maşını HDP-lilərin hücumuna məruz qalıb

Bakı. TurkicWorld:

Türkiyənin Bursa şəhərində Sənaye və Texnologiya naziri və AK Partiya Bursa namizədi Mustafa Varankın seçki maşını Xalqların Demokratik Partiyası (HDP) tərəfdarlarının hücumuna məruz qalıb.

TurkicWorld-un məlumatına görə, seçki maşını ilə yanaşı onun qarşısında olan Xalq Alyansı tərəfdarları da hücumçuların hücumuna məruz qalıb.

Məlumat üçün bildirək ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Ata İttifaqının namizədi Sinan Oğan və CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

Türkiyədə millətvəkili namizədlərinin siyahısı aprelin 9-da Ali Seçki Şurasına (YSK) təqdim edilib.