Son dəqiqə

Türkiyə Mövlud Çavuşoğlu Sudan

Türkiyənin Sudandakı səfirinin maşınına hücum edilib

Bakı. TurkicWorld:

Türkiyənin Sudandakı səfirinin maşınına hücum edilib.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu qeyd edib.

Vətəndaş müharibəsinin baş verdiyi Sudanda Türkiyənin Xartumdakı səfiri İsmail Çobanoğlunun maşınına atəş açılıb.

“Biz səfirliyin və həmkarların təhlükəsizliyi üçün səfirliyimizi müvəqqəti olaraq Port Sudana köçürməyə qərar verdik"- deyə Çavuşoğlu bildirib.

O qeyd edib ki, hadisə zamanı heç bir türk vətəndaşı xəsarət almayıb.

Bundan əlavə olaraq nazir bildirib ki, hər iki tərəflə danışıqlar aparılır.

Mövzuya görə xəbərlər