"Togg" avtomobili Türkiyə polislərinin istifadəsinə verilib

"Togg" avtomobili Türkiyə polislərinin istifadəsinə verilib

Bakı. TurkicWorld:

Türkiyənin istehsal etdiyi ilk yerli elektrikli avtomobil - "TOGG" ölkənin Daxili İşlər Nazirliyinin (DİN) istifadəsinə verilib.

TurkicWorld xəbər verir ki, bununla bağlı Türkiyənin daxili işlər naziri Süleyman Soylu özünün "Twitter" səhifəsində məlumat paylaşıb.

"TOGG" markalı ilk polis maşını olan "34 A 1453" nömrə nişanlı avtomobilin şəkillərini paylaşan S.Soylu, "Yerli və milli qürurumuz olan TOGG polisimizə yaraşdı", -deyə qeyd edib.

Qeyd edək ki, "TOGG" elektrikli avtomobilləri bu ilin mart ayında satışa çıxarılıb. Avtomobilin başlanğıc dəyəri 953 min lirədir. TOGG transmissiyaya görə, üç fərqli model təklif edib. 2023-cü ilin sonuna qədər 20 minə yaxın avtomobil istehsal olunacaq. İstehsalçı 2030-cu ilədək 1 milyon avtomobil tədarük etməyi qarşıya məqsəd qoyub.