Bakı, TurkicWorld:
Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri təkcə Türkiyənin deyil, bütün dünyanın diqqət mərkəzindədir.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"14 May seçkiləri tarixi dönüş nöqtəsi olacaq. Biz 14 Mayı Türkiyə Əsrində yeni irəliləyişlərə imza atacağımız dönüş nöqtəsi kimi görürük", - deyə prezident əlavə edib.
Prezident onu da qeyd edib ki, PKK terror təşkilatından FETÖ terror qruplaşmasına qədər bütün terrorçular Kamal Kılıçdaroğluna arxalanırlar.
"İnanıram ki, Türkiyə xalqı terrorçularla işbirliyi edənlərə fürsət verməyəvək və mayın 14-də lazımi cavabı seçkilərin nəticəsi ilə verəcəklər", - deyə o vurğulayıb.
Məlumat üçün bildirək ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Ata İttifaqının namizədi Sinan Oğan və CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.
Türkiyədə millətvəkili namizədlərinin siyahısı aprelin 9-da Ali Seçki Şurasına (YSK) təqdim edilib.
Ləman Əsədli